×
A
A
A
Sazlamalar

UEFA nümayəndəsi: Azərbaycan futbolunun inkişafı üçün hər zaman əlimizdən gələni edəcəyik

Bakı, 2 aprel, AZƏRTAC

"Azərbaycan futbolunun inkişafı üçün hər zaman əlimizdən gələni edəcəyik".
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Futbol Federasiyasının vitse-prezidenti və UEFA İcraiyyə Komitəsinin üzvü Sərvət Yardımcı deyib.
O, bu konfransda iştirak etdiyi üçün xoşbəxt olduğunu deyib: “Bizim də məqsədimiz futbolu inkişaf etdirməkdir. Azərbaycan futbolu inkişaf edir. "Qarabağ" Azərbaycanı Avropada layiqincə təmsil edir. Komanda tarixi uğurlar qazandı.
Bu da ölkə futbolunun inkişaf etdiyinin göstəricisidir".

İdman 2024-04-02 11:07:00