×
A
A
A
Sazlamalar

AFFA-nın ötənilki gəlirləri bəlli olub

Bakı, 2 aprel, AZƏRTAC

AFFA-ya ötən il daxil olan vəsait müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, quruma ümumilikdə 35 617 445 manat daxil olub.
Bu məbləğin 13 000 000 manatı SOCAR-dan (maliyyə dəstəyi), 6 475 873 manatı eyni təşkilatdan (Qrant müqavilə), 4 854 178 manatı UEFA-dan, 4 667 364 manatı milli komandanın yayım hüquqi gəlirindən, 3 277 600 manatı FIFA-dan, yerdə qalan hissəsi sponsorlardan əldə edilib.

İdman 2024-04-02 11:04:00