×
A
A
A
Sazlamalar

Azərbaycan Kuboku: “Neftçi” “Qarabağ”ı qəbul edəcək

Bakı, 2 aprel, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start veriləcək.
AZƏRTAC xəbər verir ki, günün yeganə qarşılaşmasında "Neftçi" doğma meydanda "Qarabağ"ı qəbul edəcək.
"Neftçi Arena"da oynanılacaq görüş saat 20:00-da başlayacaq.
Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyunlarına aprelin 3-də baş tutacaq “Zirə” – “Qəbələ” matçı ilə yekun vurulacaq.
Cavab oyunlar aprelin 24-ü keçiriləcək.

İdman 2024-04-02 10:43:00