×
A
A
A
Sazlamalar

Türkiyə holdinqləri ilə Azərbaycanda investisiya layihələrinin həyata keçirilməsi müzakirə edilib

Bakı, 1 aprel, AZƏRTAC

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Koç Holding”in baş maliyyə direktoru Polat Şen, səhiyyə üzrə baş direktoru Erhan Bulutçu və “Aksoy Holding”in baş direktoru Batu Aksoyla görüşüb.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan-Türkiyə birliyi və uğurlu iqtisadi tərəfdaşlıq platformasının birgə təşəbbüslərin reallaşdırılması nəticəsində yeni məzmunlarla zənginləşdiyi diqqətə çatdırılıb.
Türkiyənin “Koç Holding” və “Aksoy Holding” şirkətləri ilə ölkəmizdə investisiya layihələrinin həyata keçirilməsi imkanları və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

İqtisadiyyat 2024-04-01 18:20:00