×
A
A
A
Sazlamalar

Azərbaycan pəhləvanı "Ginnesin Rekordlar Kitabı"na düşməyə çalışacaq

Bakı, 1 aprel, AZƏRTAC

Azərbaycan pəhləvanı Vüsal Cavadov "Ginnesin Rekordlar Kitabı"na düşməyə çalışacaq.
AZƏRTAC xəbər verir ki, idmançı bunun üçün bir sıra dünya rekordlarını yeniləmək üçün gücünü sınayacaq.
Prosesi qeydə almaq və təsdiqləmək məqsədilə ölkəmizə gəlmiş “Ginnes” rekordçuları və Dünya Rekordlar Federasiyasının nümayəndələri də tədbirdə olacaqlar.
Qeyd edək ki, aprelin 2-də keçiriləcək tədbir saat 17:00-da başlayacaq.

İdman 2024-04-01 18:18:00