×
A
A
A
Sazlamalar

Samir Məmmədov: Orta Dəhlizin strateji əhəmiyyəti artır

Bakı, 1 aprel, AZƏRTAC

“Müasir dövrdə yaranan geosiyasi reallıqlar Asiya ilə Avropa arasında yükdaşıma məsələsində Orta Dəhlizin strateji əhəmiyyətini artırır”.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov bu gün Bakıda keçirilən Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 8-ci iclasında bildirib.
O qeyd edib ki, Orta Dəhliz boyu yerləşən dövlətlərin dostluq münasibətlərinə malik olması və onlar arasındakı əməkdaşlıq bu dəhlizin əsas üstünlüklərindən biridir: “Məhz bu səbəbdən biz tərəfdaş ölkələrlə birlikdə dəhlizin genişləndirilməsi üçün səylər göstəririk. Azərbaycan, Qazaxıstan və Türkiyə ərazilərində 2022-2027-ci illər üçün “dar boğazlar”ın aradan qaldırılması və bu dəhlizin inkişafı üzrə Yol Xəritəsinin imzalanmasını nümunə kimi göstərə bilərəm”.

İqtisadiyyat 2024-04-01 13:48:00