Avstraliya parlamentində Azərbaycanla dostluq qrupu yaradılıb VİDEO
Pekin, 1 aprel, AZƏRTAC
Avstraliya İttifaqının qanunverici orqanı olan federal parlamentdə 9 senator və 14 konqresmendən ibarət Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupu təsis edilib.
Ölkəmizin Avstraliyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, səfirliyin təşəbbüsü və ardıcıl səyləri nəticəsində yaradılan qrupun sədri federal parlamentin Seçki Komitəsinin üzvü, hakim Leyboristlər Partiyasının nümayəndəsi Mayk Frilander, sədrin müavini isə müxalifət Liberal Partiyasından Rik Vilsondur. Qrupun tərkibində, həmçinin Avstraliyanın siyasi həyatında fəal rol oynayan Senatın prezidenti Lins Sue, senator Saymon Börminqham, Seçki Məsələləri üzrə Birgə Daimi Komissiyanın sədr müavini, senator Ceyms Makqart, Senatda Milli Partiyanın fraksiya rəhbəri, senator Ros Kadel kimi nüfuzlu siyasətçilər yer alıblar.
Avstraliya parlamentində Azərbaycan üzrə dostluq qrupunun yaradılması iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın və ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyətlidir.
Milli Məclisdə yaradılmış Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun tərəf müqabili olan Avstraliya-Azərbaycan parlament qrupu iki ölkə arasında siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə fəaliyyətə öz töhfəsini verəcək.
Xatırladaq ki, Milli Məclisində 11 deputatdan ibarət Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrup fəaliyyət göstərir.
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb
Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub
Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb