Azərbaycanlı yazıçının pyesi Rusiyada səhnələşdirilib
Bakı, 31 mart, AZƏRTAC
Rusiyanın Ulyanovsk vilayətinin “Karabaz-Barabaz” Böyük Kuklalar Teatrında tanınmış azərbaycanlı uşaq yazarı və dramaturqu Vüqar Haqverdiyevin eyniadlı uşaq pyesi əsasında “Qarınqulu ayı balası” tamaşası hazırlanıb.
AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru teatrın yaradıcısı və rəhbəri, tanınmış rejissor-ssenarist Valeri Qriqoryev, rəssamı modelyer Marina Zavırilina, musiqi tərtibatçısı isə peşəkar bəstəkar-aranjemançı Vladimir Nikonovdur. Tamaşada, həmçinin dünya musiqi klassiklərinin məşhur əsərlərinə müəllif improvizasiyalarından da istifadə edilib.
Böyük ölçülü cəlbedici kuklaların iştirak etdiyi tamaşanın premyerası martın 30-da Ulyanovsk Uşaq və Gənclərin Yaradıcılıq Sarayında keçirilib.
Qeyd edək ki, sözügedən əsərdə əsas ideya sevimli heyvanların dili ilə uşaqlara dostluq, yoldaşlıq, həmrəylik kimi əxlaqi-mənəvi dəyərləri aşılamaq, düz danışmağın vacibliyini göstərmək, eləcə də balacalarda həkimə, iynəyə qarşı qorxu və həyəcan hissini əyləncəli formada yox etməkdir.
Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini ölkəmizlə bölüşməyə hazırdır
Bakı Kitab Mərkəzində “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı olub
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
Türkiyənin “Mədəniyyət yolu” festivalında Azərbaycanın iştirakı müzakirə edilib