×
A
A
A
Sazlamalar

Kəlbəcər və Ağdərədə ermənilərin tərk etdiyi mövqelərdə 8 ədəd zenit topu aşkarlanıb VİDEO

Bakı, 30 mart, AZƏRTAC
Azərbaycan Ordusu tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinə məxsus döyüş texnikası, silah və sursatın aşkar edilərək ərazidən təxliyə edilməsi üzrə tədbirlər davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Kəlbəcər rayonunun Vəng və Ağdərə rayonunun Vəngli yaşayış məntəqələri ərazilərinə baxış zamanı düşmənə məxsus tərk edilmiş atəş mövqelərində 8 ədəd KS-19 zenit topu aşkarlanıb.
Döyüş texnikası təhlükəsizlik qaydalarına riayət olunmaqla toplama məntəqəsinə daşınıb.

Ordu 2024-03-30 16:27:00

Video