×
A
A
A
Sazlamalar

“Xalqın mədəni sərvəti" layihəsi başa çatıb

Bakı, 30 mart, AZƏRTAC

Mədəniyyət Nazirliyinin dəstəyi, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası, Gəncə-Daşkəsən və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi Cabbar Qaryağdıoğlunun əziz xatirəsinə həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi başa çatıb.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, bağlanış mərasimində layihənin ideya müəllifi, Əməkdar artist, Gəncə Dövlət Filarmoniyasının direktoru Ramil Qasımov çıxış edərək layihənin musiqimizin müasir nəslə çatdırılmasına xidmət etdiyini qeyd edib.
R.Qasımov, həmçinin layihənin gerçəkləşməsində Mədəniyyət Nazirliyinə, tabeliyində olan və layihədə iştirak edən Gəncə-Daşkəsən və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinə, bütün iştirakçılara təşəkkürünü bildirib.

Mədəniyyət 2024-03-30 12:36:00