Musiqili Teatrda Lütfəli Abdullayevin xatirəsi anılıb
Bakı, 29 mart, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “O olmasın, bu olsun” (Üzeyir Hacıbəyli) musiqili komediyasının ötən nümayişi görkəmli teatr və kino aktyoru, Xalq artisti, Dövlət mükafatı laureatı Lütfəli Abdullayevin anadan olmasının 110 iliyinə həsr olunub.
Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşadan əvvəl Əməkdar artist Əkbər Əlizadə böyük sənətkarın həyat və yaradıcılığı barədə danışıb, vaxtıilə onun bu məkanda Məşədi İbad obrazında səhnəyə çıxdığını vurğulayıb.
Qeyd edək ki, tamaşanın quruluşu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, konsertmeysteri Fidan Məmmədova, rejissor assistentləri Sevinc Məmmədova və Elməddin Dadaşovdur.
Səhnə əsərində Əməkdar artistlər Şövqi Hüseynov, Nahidə Orucova, Ələkbər Əliyev, Əzizağa Əzizov, Əkbər Əlizadə, Nadir Xasiyev, aktyorlar Möylə Mirzəliyev, Əliməmməd Novruzov, Hüseyn Əlili, Şaban Cəfərov, Aydan Həsənova, Elməddin Dadaşov, Təranə Əliyeva və başqaları rola alıblar.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir