×
A
A
A
Sazlamalar

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Bakı, 29 mart, AZƏRTAC

Tanınmış şair Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, kitabda müəllifin müxtəlif illərdə, rəngarəng mövzularda qələmə aldığı şeirlər toplanıb. Böyük oxucu rəğbətini qazanmış şairin buna qədər poeziyamızın incilərinə dönən, publisistikamızda örnəyə çevrilən “Sənsən hər yer” (2002), “Т.о.ч.к. и.”(2007, rus dilində), “Nabran novellası” (2009), “Вiтряна пошта” (Kiyev, 2009), “Dawn” (2016, ingilis dilində), “Yorğun ağacam” (Təbriz, 2022) kimi kitabları işıq üzü görüb. Haqqında yazılan çoxsaylı məqalələrlə yanaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Kəmalə Umudova şairin yaradıcılığından bəhs edən “Adı soyadını eşidən şair – Qulu Ağsəs” adlı elmi araşdırma da ərsəyə gətirib.
Oxucular kitabda şairin “insan-təbiət”, “insan-insan”, “insan-Tanrı”, “insan-sevgi”, “insan-həyat”, “insan-torpaq” münasibətlərinə özünəməxsus fəlsəfi baxışları ilə baş-başa qalacaq, işğala, müharibələrə, haqsızlığa və ədalətsizliyə qarşı üsyankar poetik düşüncələri ilə tanış olacaqlar.
Kitabın naşiri Tural Axundov, redaktoru Günay Səma Şirvan, nəşrə məsul isə Süleyman Muradlıdır.

Mədəniyyət 2024-03-29 15:26:00