×
A
A
A
Sazlamalar

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Bakı, 29 mart, AZƏRTAC

Azərbaycan Karate Federasiyasının İdarə Heyətinin növbəti iclası keçirilib.
Qurumdan AZƏRTAC-a verilən məlumata görə, federasiya prezidenti Ülvi Quliyevin rəhbərliyi ilə keçirilən iclasın gündəliyindəki əsas məsələlərdən biri məşqçi-müəllimlər üçün imtahan və seminarların təşkili, eləcə də onlara lisenziyaların verilməsi olub.
Bildirilib ki, təkcə dekabr ayında təşkil olunan 3 seminarda ümumilikdə 92 məşqçi-müəllim iştirak edib.
İclasda həmçinin AKF-in regionlar üzrə nümayəndəliklərin yaradılması və yerlərdə müvafiq şəxslərin nümayəndə qismində təyinatı müzakirə edilib. Bununla bağlı namizədlərin siyahısı yaxın günlərdə federasiya rəhbərliyinə təqdim ediləcək.
Toplantı zamanı AKF-də fəxri prezidentlik institutunun yaradılması məsələsi də müzakirə olunub və bu istiqamətdə müvafiq qərarlar qəbul edilib.
İclasın sonunda tamamlanma mərhələsində olan AKF-in rəsmi saytı ilə bağlı federasiya rəhbərliyinə hesabat verilib. Saytın yaxın günlərdə tam olaraq istifadəyə verilməsi qərara alınıb.

İdman 2024-03-29 12:56:00