“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır
Bakı, 29 mart, AZƏRTAC
Bu gün Türkiyənin Antalya şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start veriləcək.
AZƏRTAC xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın üç idmançısı tatamiyə çıxacaq.
Kişilər arasında 60 kiloqram çəki dərəcəsində Əhməd Yusifov 1/16 finalda türkiyəli Salih Yıldızla qarşılaşacaq. 66 kiloqramda Ruslan Paşayev Türkiyənin digər təmsilçisi Muhammed Dəmirəli, Rəşad Yelkiyev isə qırğızıstanlı Baibol Salamat Uulunu sınağa çəkəcək. Onların hər ikisi yarışa 1/32 finaldan başlayacaq.
Qeyd edək ki, martın 31-dək davam edəcək “Böyük Dəbilqə” turnirində Azərbaycan 9 cüdoçu ilə təmsil olunur.
Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə
Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə
Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib
"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar
Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər açıqlanıb