×
A
A
A
Sazlamalar

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Bakı, 29 mart, AZƏRTAC

Çox sevinirik ki, ümidlərimiz doğruldu. Otuzillik arzumuz gerçəkləşdi. Rayonu tərk edəndə 10 yaşım var idi. Orada uşaqlığımla bağlı xatirələrim var. Onlara doğru gedirəm. Belə bir hadisəyə sevinməmək necə ola bilər?! Məncə əsl xoşbəxtlik elə budur.
AZƏRTAC xəbər verir ki, bu sözləri bu gün Füzuli rayonuna yola düşən keçmiş məcburi köçkün Gülnarə Talıbova deyib.
Mən bir şəhid bacısıyam, qardaşım I Qarabağ müharibəsində şəhid olub. Düşünürəm ki, artıq qardaşımın və bütün şəhidlərimizin ruhları şaddır, onların qanı yerdə qalmadı.
Keçmiş məcburi köçkün ona bu hissləri yaşadan Ali Baş Komandana, Ordumuza təşəkkürünü bildirib, şəhidlərə rəhmət, ailələrinə səbir diləyib.

Cəmiyyət 2024-03-29 07:27:00