×
A
A
A
Sazlamalar

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Bakı, 28 mart, AZƏRTAC

"Məqsədimiz Şuşanın azad olunma hekayəsini gənclər vasitəsilə bütün dünyaya çatdırmaqdır".
AZƏRTAC xəbər verir ki, bu sözləri İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun prezidenti Taha Ayhan "Şuşa İƏT Gənclər Paytaxtı - 2024" mövzusunda keçirilən mətbuat konfransında deyib.
Qurumun rəhbəri bildirib ki, Şuşa bütün Türk dövlətləri üçün xüsusi əhəmiyyət kəsb edir: "İnanıram ki, "Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində təşkil olunacaq tədbirlər dünya gənclərinə stimul verəcək".
Qeyd edək ki, Şuşa ötən il noyabrın 10-da İƏT Gənclər Forumu İcraiyyə Şurasının İstanbulda keçirilən 11-ci iclasında 2024-cü il üçün “Gənclər paytaxtı” seçilib.

Cəmiyyət 2024-03-28 18:59:00