Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub
Bakı, 28 mart, AZƏRTAC
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, OIC-CERT 2009-cu ildə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin kibertəhlükəsizlik məsələlərinə dəstək olmaq üçün yaradılmış təşkilatdır.
Təşkilatın məqsədi üzv ölkələrə qarşı kiberhücumlar və digər təhlükəsizlik insidentləri baş verdiyi zaman onlara köməklik göstərmək, həmçinin üzv ölkələr arasında qarşılıqlı əməkdaşlığı təşviq edərək məlumat mübadiləsini təmin etmək, kibertəhlükəsizlik imkanlarını təkmilləşdirmək və təhlükəsizlik həlləri üzrə birgə işləməyə dəstək olmaqdır.
Aerokosmik Modelçilik Festivalının qalibləri mükafatlandırılıb
Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır