×
A
A
A
Sazlamalar

BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradılıb

Bakı, 28 mart, AZƏRTAC

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) daxilində Müstəqil Həmkarlar İttifaqı yaradılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə qərar BAMF-ın baş ofisində keçirilən iclasında qəbul edilib.
İclasda açıq səsvermə yolu ilə BAMF-ın Müstəqil Həmkarlar İttifaqının İdarə Heyəti, o cümlədən nəzarət təftiş komissiyası seçilərək yeni tərkibi formalaşıb.
Səsvermə nəticəsində Əməkdar jurnalist, yazıçı Akif Əli BAMF-ın Müstəqil Həmkarlar İttifaqının sədri seçilib.
Tədbir iştirakçıları A.Əlini təbrik edib, ona işlərində uğurlar arzulayıblar. Akif Əli öz növbəsində sədr seçildiyinə görə fəxr etdiyini, etimadları doğrultmağa çalışacağını vurğulayıb.
İclasın sonunda Umud Mirzəyev seçilən bütün heyəti təbrik edib, onlara müvəffəqiyyətlər diləyib.
Qeyd edək ki, BAMF Azərbaycanda Müstəqil Həmkarlar İttifaqı yaradan ilk qeyri-hökumət təşkilatıdır.

Cəmiyyət 2024-03-28 18:35:00