×
A
A
A
Sazlamalar

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Bakı, 28 mart, AZƏRTAC

Hüquqi şəxslərin və ya fərdi sahibkarların sərnişin daşımalarında istifadə etdiyi taksi minik avtomobillərində nağdsız ödəniş üçün POS-terminal olmalıdır.
AZƏRTAC xəbər verir ki, bu, Nazirlər kabinetinin bu gün təsdiq etdiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də öz əksini tapıb.
Qeyd edək ki, qərara əsasən ölkədə taksi minik avtomobillərində nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq.

İqtisadiyyat 2024-03-28 18:20:00