×
A
A
A
Sazlamalar

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Bakı, 28 mart, AZƏRTAC

Azərbaycanda taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin fərqləndirici nişanının və taksi fənərinin forması müəyyənləşdirilib.
AZƏRTAC xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiq etdiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də öz əksini tapıb.
Taksilərin üzərində sarı-qara və ağ-qara damalı zolaq, həmçinin qara hərflərlə taksi sözü yazılmış taksi fənəri quraşdırılacaq.

İqtisadiyyat 2024-03-28 18:18:00