×
A
A
A
Sazlamalar

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Bakı, 28 mart, AZƏRTAC

Kiçikdən böyüyə hər kəsin sevdiyi şokolad dünyada ən populyar desertlərdən sayılır. Bu ləzzətli qida həm dadına, həm də mənəvi və fiziki sağlamlığa verdiyi faydalara görə ilk yerlərdən birini tutur. Mütəxəssislərin qənaətinə görə, şokolad hətta beyində serotonin hormonunun ifraz olunmasına kömək edir. Başqa sözlə, şokolad yeyəndə insan özünü xoşbəxt hiss edir.
AZƏRTAC xəbər verir ki, qida eksperti Seymur Qafarov bununla bağlı deyib: “Təbii şokolad yalnız kakao çəyirdəyi və şəkərdən alınır. Qarışıq şokoladın istehsalında isə bu iki əsas inqrediyentdən əlavə süd, qəhvə, qoz və digər qida məhsullarından istifadə edilir. Ümumiyyətlə, keyfiyyətli şokolad məhsulunun tərkibində 55 faiz miqdarında kakao olmalıdır. Şokoladı qədərində qəbul etmək lazımdır. Həddindən artıq yeyilməsi baş ağrılarına və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər. Uşaqlarda dişin mina qatını zədələyə bilər və çox qəbul edilməsi onların əqli və fiziki inkişafında müsbət rol oynayan digər qidalara qarşı ağız vərdişinin pozulmasına səbəb ola bilər”.
Şokoladın faydalarından yararlanmaq üçün düzgün miqdarda yemək lazımdır.

Cəmiyyət 2024-03-28 17:38:00