Novruz bayramı günlərində yollarda 39 yol-nəqliyyat hadisəsi baş verib
Bakı, 28 mart, AZƏRTAC
Novruz bayramı ilə əlaqədar martın 20-dən 27-dək müəyyən edilmiş istirahət günlərində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 39 yol-nəqliyyat hadisəsi qeydə alınıb və bunun nəticəsində 7 nəfər həyatını itirib.
Baş Dövlət Yol Polisi (DYP) İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, builki bayram günlərində ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm faktı 36 faiz azalıb.
Qeyri-iş günlərində Baş DYP İdarəsinin bütün şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərib və demək olar ki, bütün stasionar postlarda gündəlik nəzarət tədbirləri həyata keçirilib.
Baş DYP İdarəsi tərəfindən yollarda baş verə biləcək ağır nəticəli qəzaların qarşısının alınmasına yönəlmiş profilaktik tədbirlər bundan sonra da davam etdiriləcək.
Bakıda Qafqaz Albaniyası mövzusuna həsr olunmuş XI beynəlxalq elmi konfrans başa çatıb
FHN: “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın söndürülüb VİDEO
“Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb VİDEO
“Taxta bazarı”ndakı yanğının söndürülməsinə 15 texnika və 70 nəfər cəlb olunub