×
A
A
A
Sazlamalar

“Muzeydə musiqi” layihəsi çərçivəsində növbəti konsert

Bakı, 28 mart, AZƏRTAC

Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə keçirilən “Muzeydə musiqi” layihəsi çərçivəsində Azərbaycan Dövlət Akademik Filarmoniyasının kollektivi və “Gənclərə dəstək” layihəsi iştirakçılarının konserti keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, konsertdən əvvəl Milli İncəsənət Muzeyinin Mədəniyyət və təhsil şöbəsinin müdiri Türkan Cəfərzadə layihə haqqında ətraflı məlumat verib.
F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xor qrupu rəngarəng proqramla dinləyicilərin qarşısında çıxış ediblər. Tədbirdə Azərbaycan, Qərbi Avropa bəstəkarlarının əsərləri və Azərbaycan xalq mahnıları səsləndirilib.
“Gənclərə dəstək” layihəsinin əsas məqsədi Azərbaycanda gənc istedadların tanınmağı və dəstəklənməsidir. Layihənin ideya müəllifi və bədii rəhbəri Filarmoniyanın direktoru Murad Adıgözəlzadə, koordinatoru Filarmoniyanın direktor müavini Ayla Kərimova Zəkəriyyədir.

 

Mədəniyyət 2024-03-28 14:36:00