Kəmalə Həşimova: Tezliklə Qərbi azərbaycanlıların da hüquqlarının bərpasına nail olacağıq
Bakı, 28 mart, AZƏRTAC
Biz tezliklə Qərbi azərbaycanlıların da hüquqlarının bərpasına nail olacağıq. Bizim məqsədimiz haqqın, ədalətin bərpasıdır. Azərbaycan xalqı öz Liderinə inanır və onun arxasındadır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar martın 28-də keçirilən tədbirdə söyləyib.
Tarixə, 1918-ci ildə xalqımızın başına gətirilənlərə qısa nəzər salan K.Həşimova bildirib ki, əllərinə düşən fürsətdən maksimum istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirib, diri-diri yandırıblar.
“2020-ci və 2023-cü illərdə qazandığımız qələbələrlə ermənilərin “böyük Ermənistan” xülyasına son qoyuldu. Zəfərimizlə torpaqlarımızı geri qaytarmaqla bərabər, insanlarımızın hüquqlarını da bərpa etdik.
Faciələrimizi unutmamalıyıq. İrəli getmək və qorunmaq üçün yaddaş mühümdür”, - deyə Kəmalə Həşimova vurğulayıb.
Sabiq diplomat BAMF-ın beynəlxalq məsələlər üzrə məsləhətçisi seçilib
Qubada özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub
Qırğız Respublikasının ölkəmizdəki səfiri ilə COP29-un nəticələri müzakirə edilib
Ədliyyə naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib