×
A
A
A
Sazlamalar

® Mərkəzi Gömrük Hospitalında istehsalat təcrübəsi keçən tibb kolleclərinin tələbələri üçün növbəti təlim keçirilib

Martın 27-də Mərkəzi Gömrük Hospitalında istehsalat təcrübəsi keçən 1 nömrəli Bakı Tibb Kolleci və 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri üçün “İlan, əqrəb, hörümçək və həşərat sancmaları, eləcə də müxtəlif zəhərlənmələr barədə nələri bilməliyik?” mövzusunda növbəti maarifləndirici təlim keçirilib.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi tərəfindən hazırlanmış Təlim Fəaliyyət Planına uyğun olaraq təşkil edilmiş təlimdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev ilan, əqrəb, hörümçək, həşərat və digər sancmaları, o cümlədən müxtəlif zəhərlənmələrlə bağlı real təcrübəyə, ən müasir tibbi yeniliklərə və sübutlu təbabətə əsaslanmış məruzə ilə çıxış edib. O, təqdimatı zamanı mövzu ilə əlaqəli statistik rəqəmləri sadalayıb, kritik klinik hallar barədə nümunələr təqdim edib və tələbələri maraqlandıran sualları cavablandırıb.
Təlim xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.

Cəmiyyət 2024-03-28 10:41:00