×
A
A
A
Sazlamalar

Ekspert: Koronavirus Alzheimer xəstəliyinin inkişafına kömək edir

Bakı, 27 mart, AZƏRTAC

Koronavirus Alzheimer xəstəliyi də daxil olmaqla, yaşla əlaqədar bir çox xroniki xəstəliklərin inkişafı üçün risk faktoru ola bilər. Həmçinin COVID-dən sağalmış xəstələrin idrak funksiyalarında pisləşmə müşahidə olunması istisna edilmir. AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası Səhiyyə Nazirliyinin baş ştatdankənar geriatrı, RF Səhiyyə Nazirliyinin Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universitetinin Gerontoloji Elmi və Klinik Mərkəzinin direktoru Olqa Tkaçeva deyib.
O əlavə edib: “Alzheimer xəstəliyi də daxil olmaqla, yaşla əlaqədar bir çox xroniki xəstəliklər üçün yeni bir risk faktoru ortaya çıxıb; bu, COVID sayılır. Məlum oldu ki, COVID olan insanların idrak funksiyaları pisləşir və qocalma prosesinə xas olan metabolik pozuntular inkişaf edir”.
Tkaçevanın sözlərinə görə, hazırda 14 qocalma mexanizmi mövcuddur. Onlardan biri sistemli iltihaba əsaslanan “inflameycinqdir”.
Mərkəzin direktoru vurğulayıb: “Çox güman ki, COVID, xüsusən də onun uzunmüddətli variantı (post-COVID sindromu) sonradan qocalma prosesini sürətləndirən sistemli iltihab sindromuna səbəb olur. Buna görə də, COVID əleyhinə peyvənd yeni geroprotektiv texnologiya hesab olunur”.

Cəmiyyət 2024-03-27 13:15:00