×
A
A
A
Sazlamalar

Cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələr keçirilməsinin qarşısı alınıb

Bakı, 27 mart, AZƏRTAC

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələr keçirilməsinin qarşısı alınıb.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, məhkum Məmmədov Qasım Abbas oğlu ilə qısamüddətli görüşə gəlmiş əmisi oğlu Məmmədov Kamran Arif oğlunun əşyalarına və üzərinə baxış keçirilən zaman alt paltarında gizlədilmiş bükülüdə 0,239 qram metamfetamin və 0,437 qram heroin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.

 

 

 

 

Cəmiyyət 2024-03-27 13:07:00