×
A
A
A
Sazlamalar

FIFA-nın rəsmi saytı Bakıda təşkil olunan beynəlxalq turnirdən yazıb

Bakı, 27 mart, AZƏRTAC

FIFA-nın rəsmi saytı ilk dəfə təşkil olunan “FIFA series – Edition 2024” beynəlxalq turnirindən yazıb.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın da ev sahibliyi etdiyi turnirdə keçirilən oyunlara yer verilib, milli komandamızın çıxışına toxunulub.
Arif Əsədovun rəhbərlik etdiyi kollektivin Monqolustana 1:0 hesabı ilə qalib gəlməsi, eləcə də Bolqarıstan seçməsi ilə qollu heç-heçə etməsindən bəhs olunub.
Bildirilib ki, FIFA-nın təşkil etdiyi yarışın əsas məqsədi bir-biri ilə oynamaq imkanı olmayan müxtəlif ölkələrin yoldaşlıq görüşlərində üz-üzə gəlməsinə şərait yaratmaqdır.
Qeyd edək ki, turnirə Azərbaycanla yanaşı, Əlcəzair, Misir, Səudiyyə Ərəbistanı və Şri-Lanka da ev sahibliyi edib.

İdman 2024-03-27 12:23:00