Azərbaycanın parataekvondo yığması Özbəkistanda təlim-məşq toplanışına başlayıb
Bakı, 27 mart, AZƏRTAC
Parataekvondo üzrə Azərbaycan millisi Özbəkistanın paytaxtı Daşkənddə təlim-məşq toplanışına start verib.
Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Monqolustan, Qazaxıstan və Özbəkistan yığmalarının da hazırlıq keçdiyi toplanışda yığmaya baş məşqçi Fərid Tağızadə ilə məşqçi Yaşar Səfərov rəhbərlik edəcək.
Hazırlıq prosesində Amin Əliyev (58 kiloqram), Sabir Zeynalov (58 kiloqram), Sadiq Həmidov (63 kiloqram), İmaməddin Xəlilov (70 kiloqram), Sərvan Məmmədli (80 kiloqram), Əbülfəz Abuzərli (80 kiloqram), Orxan Cəfərov (80+ kiloqram) və Şahmar Quliyev (80+ kiloqram) iştirak edir.
Qızıl medal qazanan avarçəkən: Növbəti yarışlarda da birinci olmağa çalışacağam
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürüb
Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə
Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə
Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib