×
A
A
A
Sazlamalar

Futbol üzrə Avropa çempionatının bütün iştirakçıları müəyyənləşib

Bakı, 27 mart, AZƏRTAC

Polşa millisi 2024-cü il futbol üzrə Avropa çempionatında iştirak hüququ uğrunda final pley-off matçında Uelsə qalib gəlib. Polşa yığması turnirin final mərhələsinin sonuncu iştirakçısı olub.
AZƏRTAC xəbər verir ki, matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə polşalı futbolçular daha dəqiq olub - 5:4.
Təsnifat turnirinin nəticələrinə əsasən çempionatda 20 iştirakçı müəyyən edilib, 21-ci isə yarışın ev sahibi kimi avtomatik olaraq final hissəsində yer alan Almaniya komandasıdır.
Püşkatmanın nəticələrinə əsasən komandalar aşağıdakı ardıcıllıqla qruplara bölünüb:
A qrupu: Almaniya, İsveçrə, Şotlandiya, Macarıstan
B qrupu: İtaliya, Xorvatiya, İspaniya, Albaniya
C qrupu: Sloveniya, Danimarka, İngiltərə, Serbiya
D qrupu: Avstriya, Fransa, Niderland, Polşa
E qrupu: Rumıniya, Belçika, Slovakiya, Ukrayna,
F qrupu: Çexiya, Türkiyə, Portuqaliya, Gürcüstan
Qeyd edək ki, Avropa çempionatında ilk qarşılaşma iyunun 14-ü Münxen şəhərindəki “Allianz Arena” stadionunda Almaniya-Şotlandiya oyunu ilə start götürəcək. Qrup mərhələsinə iyunun 26-da Portuqaliya-Gürcüstan oyunu ilə yekun vurulacaq.

İdman 2024-03-27 03:11:00