×
A
A
A
Sazlamalar

Ukrayna millisi futbol üzrə Avropa çempionatına vəsiqə qazanıb

Bakı, 27 mart, AZƏRTAC

Ukrayna millisi futbol üzrə Avropa çempionatında iştirak hüququ uğrunda final pley-off matçında İslandiyaya 2:1 hesabı ilə qalib gəlib.
AZƏRTAC xəbər verir ki, görüş Polşanın Vroslav şəhərində baş tutub.
Ukrayna millisinin heyətində qolları Viktor Tsıqankov (54-cü dəqiqə) və Mixail Mudrik (84) vurub. İslandiyalıların heyətində Albert Qudmundsson (30) fərqlənib.
Ukrayna millisi Avropa çempionatında E qrupunda mübarizə aparacaq. Komandanın rəqibləri Rumıniya, Slovakiya və Belçika komandaları olacaq.

İdman 2024-03-27 01:58:00