×
A
A
A
Sazlamalar

Gürcüstan millisi ölkə tarixində ilk dəfə Avropa çempionatına vəsiqə qazanıb

Bakı, 26 mart, AZƏRTAC

Bu il Almaniyada təşkil olunacaq Avropa çempionatına vəsiqə qazanan son üç iştirakçıdan biri məlum olub.
AZƏRTAC xəbər verir ki, pley-off mərhələsində Gürcüstan və Yunanıstan üz-üzə gəlib. Əsas və əlavə vaxtda qapılara qol vurulmadığı üçün görüş penaltilər seriyasına gedib. Burada daha dəqiq oynayan gürcülər ilk dəfə ölkə tarixində Avropa çempionatına vəsiqə qazanıb - 4:2.
Qeyd edək ki, Uels - Polşa və Ukrayna - İslandiya oyunlarından sonra Avropa çempionatına vəsiqə qazanan son yığmaların adlarına aydınlıq gələcək.

İdman 2024-03-26 23:53:00