Niderland şirkətində Novruz bayramı qeyd edilib
Rotterdam, 22 mart, AZƏRTAC
Niderland Krallığının böyük şirkətlərində işləyən bir qrup azərbaycanlı gənc Novruz bayramı ilə əlaqədar tanıtım tədbiri keçiriblər.
AZƏRTAC xəbər verir ki, Novruz bayramının qeyd edildiyi digər ölkələrin nümayəndələri ilə birlikdə azərbaycanlı gənclər Novruz adət-ənənələrindən danışıblar. Onlar ölkəmizdə Novruzun necə qeyd edilməsindən söz açıblar.
Gənclərimizin hazırladığı stend yüksək qiymətləndirilib.
Azərbaycanlı gənc qızlar milli geyimlərdə rəqslərimizi təqdim ediblər. Sonda 200 nəfərdən ibarət kollektiv Novruz sovqatlarına qonaq edilib. Elvin Əsədov və Jalə Fərzəliyevanın mili geyimdə rəqs etmələri qonaqların rəğbətini qazanıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Rotterdam
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir