×
A
A
A
Sazlamalar

Yusif Eyvazov Moskva Konservatoriyasında konsert verəcək

Bakı, 21 mart, AZƏRTAC

Martın 26-da Moskva Konservatoriyasının Böyük zalında italyan klassiki Cüzeppe Verdiyinin anadan olmasının 210 illiyinə həsr edilmiş “Verdi-qala” bayram qala-konserti keçiriləcək.
AZƏRTAC xəbər verir ki, dünya operasının ulduzu Yusif Eyvazov, həmçinin xüsusi qonaqlar Darya Rıbak (soprano) və Mahir Tağızadə (bariton) Cüzeppe Verdinin məşhur operalarından xrestomatiya ariyalarını ifa edəcəklər.
Konsert İvan Rudinin rəhbərliyi altında Moskva Dövlət Simfonik Orkestrinin müşayiəti ilə keçiriləcək, dirijor pultunun arxasında Rusiyanın ən parlaq gənc dirijorlarından biri Denis Vlasenko olacaq.
Konsertin təşkilatçısı Rusiyanın incəsənət və klassik musiqi sahəsində aparıcı agentliklərindən biri olan “Moscow Nights” konsert agentliyidir.

Mədəniyyət 2024-03-21 14:03:00