×
A
A
A
Sazlamalar

Müdafiə Nazirliyinin rəhbərliyi müalicə olunan hərbi qulluqçuları ziyarət edib VİDEO

Bakı, 20 mart, AZƏRTAC

Martın 20-də Müdafiə Nazirliyinin rəhbər heyəti nazirliyin Baş Klinik Hospitalında müalicə olunan hərbi qulluqçuları ziyarət edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyulub, xatirəsinə ehtiram nümayiş etdirilib. Ulu Öndərin və şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Nazirliyin rəhbər heyəti hospitalda müalicə olunan hərbi qulluqçulara baş çəkib, onların səhhəti ilə maraqlanaraq bayram hədiyyələri təqdim edib, ən qısa müddətdə sağlamlıqlarını bərpa edərək xidmət yerlərinə qayıtmalarını arzulayıb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Novruz bayramı münasibətilə təbriklərini çatdırıb.
Nazirə məruzə olunub ki, hospitalda hərbçilərimizin müayinə və müalicəsi üçün tibbi personal yüksək peşəkarlıqla fəaliyyət göstərir.
Tibb işçiləri ilə görüşən nazir onları da bayram münasibətilə təbrik edib, müayinə və müalicə olunan hərbi qulluqçulara daha keyfiyyətli xidmət göstərilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
Hərbi hospitalın kollektivi və müalicə olunan hərbi qulluqçular yaradılan şəraitə, eləcə də göstərilən hərtərəfli diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Cəmiyyət 2024-03-20 14:19:00

Video