×
A
A
A
Sazlamalar

Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti şəhid ailələrini ziyarət edib

Bakı, 20 mart, AZƏRTAC

Novruz bayramı münasibətilə Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti şəhid ailələrini ziyarət edib.
Bu barədə AZƏRTAC-a Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən məlumat verilib.
Bildirilib ki, görüşlərdə ölkəmizin ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda və xidməti vəzifələrinin icrası zamanı canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi yad edilib. Həmçinin şəhid ailələrinin və müharibə əlillərinin sosial təminatı məsələlərinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu xüsusi vurğulanıb.
Şəhid ailələrinə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki çatdırılıb, ailələrin qayğıları öyrənilib, onlara bayram hədiyyələri və sovqatlar təqdim olunub.
Şəhidlərin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Cəmiyyət 2024-03-20 12:40:00