×
A
A
A
Sazlamalar

İçərişəhərdə Novruz bayramı münasibətilə “Sehrli Qala” tədbirinə start verilib

Bakı, 20 mart, AZƏRTAC

İçərişəhərdə Novruz bayramı münasibətilə “Sehrli Qala” tədbirinə start verilib.
AZƏRTAC xəbər verir ki, “İçərişəhər” Dövlət-Tarix Memarlıq Qoruğunda Novruz bayramının təntənəli şəkildə qeyd olunmasına başlanılıb. İlaxır çərşənbə “Qoşa Qala” meydanında musiqi və ifaların müşayiətilə İçərişəhər ağsaqqalları və sakinləri tərəfindən bayram tonqalı qalanaraq qarşılanıb.

Mədəniyyət 2024-03-20 12:33:00