×
A
A
A
Sazlamalar

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində martın 24-dək qeyri-iş günüdür VİDEO

Bakı, 20 mart, AZƏRTAC

Novruz bayramı ilə əlaqədar olaraq martın 24-dək “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günüdür.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, martın 25-dən etibarən vətəndaşlar mərkəzlərə üz tutaraq xidmətlərdən yararlana bilərlər.
Qeyd edək k, ölkə ərazisində 27 “ASAN xidmət” mərkəzi mövcuddur. Hazırda 3 saylı Bakı “ASAN xidmət” mərkəzi təmir-bərpa işləri ilə əlaqədar müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Cəmiyyət 2024-03-20 11:26:00

Video