×
A
A
A
Sazlamalar

Yasamalda evdən 1300 manat dəyərində televizor oğurlanıb

Bakı, 20 mart, AZƏRTAC

Martın 19-da paytaxtın Yasamal rayonu ərazisində yerləşən evlərin birindən 1300 manat dəyərində televizorun oğurlanması barədə Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bölmə əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuşlar, paytaxt sakinləri Ceyhun Mirzəyev və Rövşən Əzimov müəyyən olunaraq saxlanılıblar.

Cəmiyyət 2024-03-20 11:20:00