×
A
A
A
Sazlamalar

Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluğun əməkdaşları şəxsi heyətlə görüşlər keçirib

Bakı, 20 mart, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğunun əməkdaşları birgə tədbirlər planına uyğun olaraq Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində şəxsi heyətlə görüşlər keçirib.
Bu barədə AZƏRTAC-a Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən məlumat verilib. Bildirilib ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlərdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli sərhəd siyasətinin uğurla həyata keçirilməsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkil olunması istiqamətində əldə olunmuş nailiyyətlərdən danışılıb.
Hərbi Prokurorluğun əməkdaşları və çıxış edənlər hərbi intizamın möhkəmləndirilməsi istiqamətində şəxsi heyətə müvafiq tövsiyələr veriblər.
Tədbirlərdə iştirak edən rəsmi şəxslər hərbi hissələrdə yaradılmış şəraitlə yaxından tanış olub, xidmətdə fərqlənmiş hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim ediblər.

Cəmiyyət 2024-03-20 10:53:00