×
A
A
A
Sazlamalar

Xankəndidə qanunsuz silah və sursatlar aşkarlanıb

Bakı, 20 mart, AZƏRTAC

Martın 19-da polis əməkdaşları Xankəndi şəhəri ərazisində əməliyyat keçiriblər.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbirlər nəticəsində Xankəndi şəhəri ərazisindən 2 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 4 qumbara, 2 qumbara alışdırıcısı, 10 patron darağı, 190 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Cəmiyyət 2024-03-20 10:47:00