×
A
A
A
Sazlamalar

DİN: Qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb

Bakı, 20 mart, AZƏRTAC

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, martın 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 15 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.
Həmçinin Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. Martın 19-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 10 ədəd müxtəlif markalı tüfəng aşkar edilərək götürülüb.

Cəmiyyət 2024-03-20 10:43:00