Azərbaycan və Özbəkistan muğam ifaçılarının konserti tamaşaçılara xoş anlar yaşadıb
Bakı, 19 mart, AZƏRTAC
Martın 19-da Beynəlxalq Muğam Mərkəzində Özbəkistanın Milli Makom Sənət Mərkəzinin Yunus Rəcəbi adına ansamblının və Azərbaycanın muğam ifaçılarının birgə konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl Beynəlxalq Muğam Mərkəzi və Özbəkistanın Milli Makom Sənət Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb.
Daha sonra Azərbaycan və Özbəkistan muğam ifaçıları konsert proqramı ilə çıxış ediblər.
Muğam Mərkəzində ilk səhnə alan ifaçılar Prezident İlham Əliyevin Sərəncamı ilə “Dostluq” ordeni ilə təltif olunan Haşimjon İsmayılovun rəhbərliyi ilə özbəkistanlı muğam ustaları olub.
Beynəlxalq Muğam Mərkəzinin solistləri rəngarəng muğam ifaları ilə konserti davam etdiriblər.
Azərbaycan və Özbəkistanın muğam ifaçıları tamaşaçılara xoş anlar bəxş ediblər.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir