×
A
A
A
Sazlamalar

BMTM-in nümayəndə heyəti Koreya Respublikasında bir sıra görüşlər keçirib

Bakı, 19 mart, AZƏRTAC

Koreya Respublikasına ikigünlük səfər çərçivəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) nümayəndə heyəti bir sıra görüşlər keçirib.
BMTM-dən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyəti ilə Hankuk Xarici Tədqiqatlar Universitetinin Türkiyə-Azərbaycan Araşdırmalar Fakültəsinin akademik heyəti, universitetin prorektoru Kim Min Jeoung, eləcə də Xarici Əlaqələr və Milli Təhlükəsizlik İnstitutunun Prezidenti Lee Moon-hee, Avropa və Rusiya Araşdırmaları Fakültəsinin professoru xanım Lee Tae Rim arasında keçirilən görüşlərdə akademik dairələr arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
Həmçinin BMTM sədri Fərid Şəfiyevin Koreya Respublikası Xarici İşlər Nazirliyinin Strateji Planlaşdırma Bürosunun Baş direktoru Park Jang-ho ilə görüşündə ikitərəfli münasibətlər, eyni zamanda, geosiyasi proseslər diqqət mərkəzində olub.
Səfərin yekununda nümayəndə heyəti mərkəzi Seulda yerləşən Qlobal Yaşıl İnkişaf İnstitutunda (Global Green Growth Institute) olub, COP29-la bağlı müzakirələr aparılıb.

Siyasət 2024-03-19 16:00:00