×
A
A
A
Sazlamalar

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Bakı, 19 mart, AZƏRTAC
Bu ilin yanvar-fevral aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 78 min 350 elektron arayış verilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, son illərdə əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə elektronlaşma proqramı çərçivəsində 31 elektron arayış növü istifadəyə verilib.
Həmin e-xidmətlər vətəndaşların iş yerinə və ya əlilliyə dair, həmçinin pensiya, müavinət və təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə e-qaydada arayış əldə etmələrinə imkan verir.

Cəmiyyət 2024-03-19 11:39:00