Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib
Bakı,19 mart, AZƏRTAC
Martın 18-də ədliyyə naziri Fərid Əhmədov Saatlı rayonunda ədliyyə fəaliyyəti ilə bağlı vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib.
Bu barədə AZƏRTAC-a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nazir əvvəlcə Ulu Öndər Heydər Əliyevin Saatlı rayonunda abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, əziz xatirəsinə dərin ehtiramını bildirib.
Qəbulda Saatlı, Sabirabad, İmişli və digər rayonlardan olan vətəndaşlar, şəhid ailələri, müharibə iştirakçıları iştirak ediblər. Onların ədliyyə fəaliyyətinin ayrı-ayrı sahələri ilə bağlı müraciətlərinə baxılıb, digər qayğıları ilə maraqlanıblar. Qaldırılan məsələlərin araşdırılması məqsədilə nəzarətə götürülərək həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün nazirliyin qəbulda iştirak edən aidiyyəti əməkdaşlarına tapşırıqlar verilib.
Nazir F.Əhmədov Prezident İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, onların müraciətlərinə həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarının daim diqqətdə saxlanıldığını bildirib. Vətəndaşlar onlara göstərilən diqqət və qayğıya, yerlərdə mütəmadi qəbulların təşkilinə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.
Bakıda Qafqaz Albaniyası mövzusuna həsr olunmuş XI beynəlxalq elmi konfrans başa çatıb
FHN: “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın söndürülüb VİDEO
“Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb VİDEO
“Taxta bazarı”ndakı yanğının söndürülməsinə 15 texnika və 70 nəfər cəlb olunub