×
A
A
A
Sazlamalar

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Bakı, 19 mart, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində marketdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğın nəticəsində ilkin hesablamaya əsasən, marketin 1400 kvadratmetr sahədə anbarı yanıb.
Yanğın zamanı anbarın içərisindəki ərzaq malları yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb.
Bitişik ümumi sahəsi 1100 kvadratmetr olan ikimərtəbəli anbar yanğından mühafizə olunub.

Cəmiyyət 2024-03-19 10:05:00