×
A
A
A
Sazlamalar

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Bakı, 19 mart, AZƏRTAC

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini Məlikov Arif saxlanılıb. Onun üzərərindən satış məqsədi ilə əldə etdiyi 1 kiloqramdan artıq narkotik vasitə marixuana və heroin aşkar edilərək götürülüb.
Araşdırmalar davam etdirilir.

Cəmiyyət 2024-03-19 07:53:00