Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar
Bakı, 18 mart, AZƏRTAC
Azərbaycan atıcıları Almaniyanın Dortmund şəhərində keçirilən "ISAS-2024" beynəlxalq turnirində növbəti dəfə fəxri kürsüyə qalxıblar.
AZƏRTAC xəbər verir ki, 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə qarışıq komanda yarışında Nigar Nəsirova və Ruslan Lunyov tandemi qızıl medal qazanıb.
Eyni növdə qüvvəsini sınayan Elvin Astanov və Xanna Əliyeva cütlüyü isə ikinci yeri tutub.
Qeyd edək ki, bundan öncə Azərbaycan millisinin üzvü Xanna Əliyeva pnevmatik tapançadan atəşaçmadan 235.2 xalla ikinci yeri tutaraq gümüş mükafata yiyələnib.
Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb
İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub
Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib
Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub