×
A
A
A
Sazlamalar

Samuxda 2000 ağac və 1000 ədəd gül kolu əkilib

Samux, 18 mart, AZƏRTAC

Samuxda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Çanaqqala Zəfərinin 109-cu ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları öncə Samux şəhərində Şəhidlər kompleksini ziyarət ediblər.
Samux Rayon İcra Hakimiyyətinin və Türkiyə Respublikasının Gəncə Baş Konsulluğunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Samux Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Türkiyənin Gəncədəki Baş konsulu Rəcəb Öztop, şəhid ailələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin könüllüləri, icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların əməkdaşları, rayon gəncləri iştirak ediblər.
Aksiya çərçivəsində Samux rayonunun Ziyadlı kəndi ərazisində Kür yolunun və Gəncə-Samux avtomobil yolunun ətraflarına rayonun torpaq-iqlim şəraitinə uyğun müxtəlif cinsli 2000 ədəddən artıq ağac və 1000 ədəd gül kolu əkilib.

 

Regionlar 2024-03-18 16:40:00